- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

FİFA müvəqqəti olaraq Nepal futbol assosiasiyasını (ANFA) üzvlükdən kənarlaşdırıb.
Allsport.az saytı xəbər verir ki, ali qurumun qərarı ANFA-ya üzvlük üçün seçki prosesində baş verən ciddi qanun pozuntularından irəli gəlir.
Buna görə də Nepal milli komandaları və klubları FİFA-nın himayəsi altında beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Xatırladaq ki, Rusiya komandaları 2022-ci ildə siyasi səbəblərə görə beynəlxalq turnirlərdən kənarlaşdırılıb.