- Baxış sayı: 40
- 26 İyun 2026 23:23
- Baxış sayı: 84
- İyun 26, 2026
- 0

Argentina millisi Dünya Kuboku zamanı qida təchizatına böyük diqqət yetirib. Allsport.az saytı xəbər verir ki, nümayəndə heyəti özləri ilə 500 kq ət gətirib.
Komandanın pəhrizçiləri və aşpazları ABŞ-da ətin keyfiyyəti onların tələblərinə cavab vermədiyini hesab ediblər.
3-qat dünya çempionu 3 qrup oyununu Texas ştatının Arlinqton şəhərində keçirir. İlk iki matçda argentinalılar Əlcəzairə 3:0, Avstriyaya isə 2:0 hesabı ilə qalib gəliblər.
Argentinanın son oyunu 28 iyun gecəsi Bakı vaxtı ilə İordaniyaya qarşı olacaq.