- Baxış sayı: 56
- 23 Avqust 2026 21:29

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Bosniya millisinin hücumçusu Kərim Alaybəyoviç dünya çempionatlarında qol vuran ən gənc 10 oyunçu arasında yer alıb. Allsport.az saytı xəbər verir ki, Qətərlə qrupda 3-cü tur matçında hücumçu 18 yaş 276 günlüyündə fərqlənib.
O, siyahıda 8-ci yerdədir. İspaniya seçməsinin hücumçusu Lamin Yamal (18 yaş 343 gün) və argentinalı ön xətt oyunçusu Lionel Messi (18 yaş 357 gün) öndədir.
Dünya Kuboku-2002-də Belçikaya qarşı 18 yaş 231 günlüyündə qol vuran Rusiya yığmasının keçmiş hücumçusu Dmitri Sıçev siyahıda 7-cidir.