- Baxış sayı: 24
- 25 İyun 2026 19:10
- Baxış sayı: 54
- İyun 25, 2026
- 0

“Araz-Naxçıvan” futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib. Allsport.az saytı xəbər verir ki, “al qurdlar” bundan öncə Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakalanı da yola salıb.
Əvəzində, Rövlan Muradov yeni mövsümdə bölgə təmsilçisində çıxış edəcək. Yarımmüdafiəçi ilə 1 mövsümlük anlaşılıb. “Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çex Respublikasında “Slaviya”sının “B”, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının şərəfini qoruyub.
Ondan qabaq Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni sözləşilib.