“Barselona”dan “Ayaks”a

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını “Ayaks”da davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, almaniyalı qapıçı gələn mövsüm Amsterdam klubunda icarə əsasında oynayacaq.

Ötən mövsüm “Jirona”da ter Ştegenlə birlikdə çalışdığı Miçel Sançezin “Ayaks”ın baş məşqçisi təyin olunmasında bunun əsas rolu olub.

34 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Həmin kateqoriyadan