- Baxış sayı: 136
- 19 İyun 2026 18:40
- Baxış sayı: 53
- İyun 26, 2026
- 0

Azərbaycan şahmat səyahətində 2-ci yarış açıq Şəki beynəlxalq festivalına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 9 turdan ibarət yarışın “A” turnirində 7 xal toplayan təmsilçimiz Vüqar Rəsulov 1-ci yeri tutub. Eyni xala malik Murad İbrahimli əlavə göstəricilərə görə 2-ci yerlə kifayətlənib. İlk üçlüyü digər həmyerlimiz İslam Hacıəliyev (6,5 xal) qapayıb.
“B” turnirində Emin Gəncəliyev, Məhəmməd Vəliyev (Qazaxıstan) və Vüsal Əhmədov 7 xal toplayıb. Əlavə göstəricilərə görə Emin Gəncəliyev qalib adını qazanıb. Qazaxıstan şahmatçısı Məhəmməd Vəliyevlə təmsilçimiz Vüsal Əhmədov 2-3-cü yerləri bölüşdürüb.
“C” turnirində 8 xala malik Məhəmmədəli Allahverdiyev 1-ci pillədə qərarlaşıb. Yusif Quliyev yarışı 2-ci, Fateh Mirzə 3-cü sırada başa vurub.
Festival çərçivəsində rapiddə İslam Hacıəliyev, blitsdə Macarıstan təmsilçisi Sənan Sjugirov birincilik əldə edib.
Yarışda 10 ölkədən 400-dən çox şahmatçı mübarizə aparıb. Layihənin davamı Lənkəranda olacaq.