- Baxış sayı: 15
- 25 İyun 2026 19:10
- Baxış sayı: 54
- İyun 25, 2026
- 0

FİFA şurasının bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət ilk dünya çempionatı və 2026-cı il festivalı Azərbaycanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mundial 22-31 oktyabrda olacaq. Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
FİFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
FİFA ötən ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib. İcraiyyə komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında isə 2027-ci ildə U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.