- Baxış sayı: 39
- 25 İyun 2026 19:10
- Baxış sayı: 66
- İyun 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf, 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsinə dair FİFA şurasının bürosunun qərarı ilə bağlı fikrini açıqlayıb:
“Bu qərar ilə ölkəmiz cari ilk dünya çempionatına və 2026-cı il festivalına ev sahibliyi edəcək. Həmin uğur ilk növbədə, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Tədbirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür.
İlk dəfə təşkil olunacaq və yeni qaydada keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FİFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə qarşı tərəfin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”.
U-15-lərin dünya çempionatı 22-31 oktyabrda təşkil olunacaq.