“Araz-Naxçıvan”da yeni prezident

“Araz-Naxçıvan” PFK-nın idarə heyətinin iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. Qərara əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

O, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edib.

Ceyhun Sultanov millidə də çıxış edib. Müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə”də fəaliyyət göstərib.

Həmin kateqoriyadan