- Baxış sayı: 41
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Braziliyalı hücumçu Vinisius Junior “pentakampeonlar”ın ulduz futbolçusu Neymarın cari Dünya Kubokunda siftəsinə reaksiya verib.
Allsport.az saytı xəbər verir ki, o, “C” bölməsinin 3-cü turunda Şotlandiyaya (3-0) qarşı matçın 76-cı dəqiqəsində əvəzetmədən meydana daxil olub. Bu, hücumçunun Braziliya millisində 981 gündən sonra ilk oyunu idi.
“Neymarın geri qayıtmasını görmək sehrli idi! O, bizim hamımızın bütüdür”, – “Real”ın qanad oyunçusu deyib.
Braziliya seçməsi 3 oyundan 7 xal qazanaraq 1-ci yer tutub.