- Baxış sayı: 43
- 10 Aprel 2026 23:19
- Baxış sayı: 115
- May 13, 2026
- 0

Gənclər və idman nazirliyi idman federasiyaları ilə birgə “Çempionların axtarışındayıq – sən də qoşul!” layihəsinə start verib.
Allsport.az saytı xəbər verir ki, iki mərhələdən ibarət olan layihənin ilk mərhələsində müxtəlif idman növləri üzrə federasiyaların məşqçiləri UGİM-lərdə keçirilən dərsləri izləyir, uşaqların bacarıqlarını qiymətləndirirlər.
Eyni zamanda mütəxəssislər uşaqlarla ünsiyyət quraraq idmana maraqlarını yaxından öyrənirlər.