- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes, baş məşqçi Fernandu Santuşu tənqid edib. Allsport.az saytı xəbər verir ki, o, 37 yaşlı ulduz futbolçunu Qətərdə dünya çempionatının 1/4 finalında Mərakeşlə matçda start heyətdə oynatmaması ilə bağlı yazıb:
“Məşqçiniz və dostunuz pis qərar verdi. Elə heyranlıqla, hörmətlə danışdığınız həmin dost. Nə baş verdiyini görüb səni oyuna daxil edəndə çox gec idi. Dünyanın ən yaxşı oyunçusunu və komandanın ən təhlükəli silahını qiymətləndirməmək olmaz. Həyat bizə dərslər verir. Kriştianu, uduzmadıq, amma yeni bir şey öyrəndik. Biz hələ də sizə heyranıq”.
Portuqaliya “atlas şirləri”nə 0:1 hesabı ilə uduzub. Ronaldu həmin görüşdə 2-ci hissənin ortalarında meydana daxil olub.