FİFA-dan təbrik

FİFA-nın prezidenti Gianni İnfantino AFFA-nın prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” futbol klubunu Azərbaycan premyer liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Allsport.az məktubun məzmununu diqqətinizə çatdırır:

Cənab Rövşən Nəcəf

Prezident
Azərbaycan futbol federasiyaları assosiasiyası

Sürix. 21 may 2025-ci il

“Qarabağ” FK-ya təbrik

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Gianni İnfantino

Həmin kateqoriyadan