- Baxış sayı: 62
- 16 Mart 2026 19:41
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İtaliyanın Neapol şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə başa çatıb.
Allsport.az xəbər verir ki, gənclərin turnirində ən yüksək nəticəyə sablyaçı Murad Ələkbərov imza atıb.
O, birinciliyi 11-ci pillədə başa vurub. Murad Əkbərov, Saleh Məmmədov, Ayxan Xasıyev və Maqsud Hüseynlidən ibarət sablya üzrə gənclər yığması komanda yarışında Türkiyə yığmasına 35:45 hesabı ilə uduzub.
Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdriszadə və Nəzrin Mehdiyevadan ibarət şpaqa üzrə gənclərdən ibarət Azərbaycan millisi ilk görüşdə Finlandiyaya 45:35 hesabı ilə qalib gəlib. Komandamız növbəti mərhələdə Polşa yığmasına 30:45 hesabı ilə uduzub.
Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Züleyxa Sultanlıdan ibarət sablya yığmamız isə ilk görüşdə Fransa yığmasına 32:45 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.