- Baxış sayı: 50
- 12 Mart 2026 15:27
- Baxış sayı: 253
- Mart 13, 2026
- 0

Beynəlxalq dərəcəli azərbaycanlı hakimlər Avropa voleybol konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.
Allsport.az xəbər verir ki, Zaur Hacıyev çağırış kubokunun 1/4 final mərhələsinin matçını idarə edəcək.
O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. Lugoj” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsində iş başında olacaq. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbağça” və Ukraynanın “Prometey” komandalarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.