- Baxış sayı: 30
- 15 İyun 2025 21:11
- Baxış sayı: 123
- İyun 15, 2025
- 0
Minifutbol üzrə dünya çempionatının açılış mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Allsport.az xəbər verir ki, daha sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşaiyəti ilə maraqlı bir səhnəcik göstəriliib.
Burada ritmik və həyəcanlı musiqi vasitəsi ilə rəqqasların nümunəvi ifası təqdim olunub. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya “freestyle” sənətinin əfsanəsi Sin Qarnye topla möhtəşəm hərəkətlər nümayiş etdirib. Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatıb. Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olunub.
Daha sonra minifutbol üzrə milli komanda mundialda ilk oyununu keçirib. A qrupunda qərarlaşan futbolçular Bəhreyn seçməsi ilə heç-heçə edib – 1:1. Görüşdən əvvəl yığmanın üzvləri Tural Nərimanov, Davud Karimi, Seymur Məmmədov və Bəxtiyar Soltanovun seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salınıblar. Onlara xüsusi mükafat təqdim olunub.