İşçi qrupunun tərkibi müəyyənləşdi, ilk iclas keçirildi

AFFA icraiyyə komitəsinin sonuncu fövqəladə iclasında millinin baş məşqçiliyə namizədlərin müəyyən edilməsi üçün xüsusi işçi qrupunun yaradılması barədə qərar qəbul edilmişdi. Allsport.az saytı xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə tərkib müəyyənləşib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov işçi qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (icraiyyə komitəsinin üzvü), Sərxan Hacıyev (baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.

Bu gün qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib, ümumi fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan