- Baxış sayı: 50
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Yeni mövsümə hazırlığa start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, sol cinah hücumçusu Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. Mərakeş əsilli fransalı komandamızda 7 saylı geyimdə çıxış edəcək.
Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin “B” komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.
O, Fransanın U-19 milli komandasının formasını geyinib.