- Baxış sayı: 30
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

İran millisi Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunda Misirlə oyununa yollanarkən çətinliklə üzləşib. Allsport.az saytı xəbər verir ki, Arazın o tayının futbol federasiyası, qonaq komandanın hava limanında Amerika hakimiyyətinin günahı üzündən saxlanıldığını bildirib:
“İran millisi 3-cü dəfə ABŞ-a səfər etsə də, ev sahibi ölkənin yaratdığı problemlər üzündən komanda növbəti dəfə təxirə salınıb. Komanda üzvləri bu gün hava limanına çatıblar, lakin məşqçi Səid Əlxoyi və hücumçu Mehdi Tareminin iştirakı ilə hökumətin müdaxiləsi gecikməyə səbəb olub”.
Komandanın qalan hissəsi məşqçilərinin və Tareminin onlara qoşulmasını gözləyir. Yalnız bundan sonra onlar Sietlə uça biləcəklər. Misirlə oyun qrupdan çıxmaq üçün çox vacibdir və hər hansı bir gecikmə komandanın hazırlığına təsir göstərə bilər.