Bakıda qitə çempionu olan gözəlçə, stress səbəbindən bulimiya ilə mübarizə apardığını deyib

Bədii gimnastika üzrə 4-qat dünya və 3-qat Avropa çempionu Aleksandra Soldatova uzun saatlarla ağır məşqlər etdiyini, stress səbəbindən bulimiya ilə mübarizə apardığını və əsl qadınlığı yalnız uşaq sahibi olub karyerasını bitirdikdən sonra tapa bildiyini xatırlayıb. Allsport.az saytı xəbər verir ki, Bakıda da fəxri kürsünün zirvəsinə çıxan gözəlçə, bədii gimnastikanın duruşu inkişaf etdirən, elastikliyi, plastikliyi və zərifliyi artıran qadına xas, gözəl bir idman növü olduğunu həmişə başa düşdüyünü deyib:

“Çimərlik geyimini və makiyajı çox sevirdim, amma düşünmürəm ki, görünüş nəticələrə təsir edir. Əvvəlcə sadə mayo geyindim, karyeramın son illərində isə minimal makiyaj etdim, amma yenə də zəhmətlə qalib gəldim. Gimnast olduğumu və gecələr tort yemədiyimi başa düşərək bədən quruluşuma ciddi şəkildə nəzarət edirdim. Heç kim mənə kökəldiyimi deməsə də, stressdən qaynaqlanan bulimiya ilə qarşılaşırdım”.

Həmin kateqoriyadan