- Baxış sayı: 32
- 06 Dekabr 2023 23:34
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
“Çox asan olmadı. Tam istədiyimiz formada deyilik. İlk oyunda istədiklərimizin az hissəsini gördük”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/4 finalında “Keşlə” ilə ilk oyundan sonra mətbuat konfransında deyib.
O, 1:0 qalib gəldikləri matçı belə şərh edib: “Keşlə” tam kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Onlarda kuboka daha böyük inam, istək var. Matçda yaxşı imkanlarımız oldu. Hər bir halda, qələbə qazana bildik. Qarşıda bizi cavab oyunu gözləyir. Ciddi hazırlaşmalıyıq”.