- Baxış sayı: 22
- 17 Yanvar 2025 10:56
- Baxış sayı: 422
- Yanvar 15, 2025
- 0
“İnter Mayami”nin futbolçuları Lionel Messi, Luis Suarez, Serxio Buskets və Xordi Alba Bakıya yollanacaqlar.
Allsport.az xəbər verir ki, dekabrın 11-də Bakı kristal zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.
İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Səhnədə dünyaşöhrətli bəstəkar, müğənni Villi Uilyam və “Morandi” qrupu çıxış edəcək.