Silahli qüvvələr günündə 2 qızıl

İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında son turun partiyaları oynanılıb.

Son tur ərəfəsində 14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi çempionluğunu rəsmiləşdirib. 11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə nail olan təmsilçimiz 9 xal toplamaqla dünya birinciliyinin qızıl medala yiyələnib.

Azərbaycan şahmatçılarından növbəti 1-ciliyi 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FİDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında təmsilçilərimiz iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycan himni səsləndiriləcək.

Həmin kateqoriyadan