Millimizin hücumçusu “Radomyak”a qələbə qazandırıb. “Göyqurdlar”dan Dadaşova dəstək

Polşa ekstaklassanında 24-cü turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun yer aldığı “Radomyak” səfərdə “Krakoviya”nı 2:1 üstələyib.

25 yaşlı hücumçu 90+1-ci dəqiqədə qələbə topunu vurub. Radoma şəhərinin təmsilçisi 28 xalla yarış cədvəlində 12-ci yerə yüksəlib.

Qarşılaşmanı canlı izləyənlər arasında “Göyqurdlar” azarkeş birliyinin başqanı Elnur Şərifli də olub. Həmyerlimiz matçdan sonra qələbənin memarı ilə görüşüb.

Həmin kateqoriyadan