- Baxış sayı: 29
- 20 Mart 2025 23:32
- Baxış sayı: 132
- Mart 19, 2025
- 0
Kristof Qaltye və Rudi Qarsiya “Napoli”yə rəhbərlik edə biləcək mütəxəssislərin siyahısında yer alıb.
Allsport.az xəbər verir ki, klub rəhbəri Aurelio de Laurentis artıq hər ikisi ilə əlaqə saxlayıb.
“Napoli”nin baş məşqçisi vəzifəsi Luçano Spalettinin gedişindən sonra boş qalıb.
Qaltye PSJ-nin baş məşqçisi vəzifəsini davam etdirir, lakin mətbuatda yayılan xəbərlərə görə, o, yaxın vaxtlarda rəsmən istefaya göndəriləcək.
Rudi Qarsiya isə son bir ildə “Əl Nəsr”i çalışdırıb. Bundan əvvəl o, “Lion”, “Marsel” və “Roma”da çalışıb.