- Baxış sayı: 48
- 26 İyun 2026 23:55
- Baxış sayı: 48
- İyun 26, 2026
- 0

“Əl-Hilal”ın hücumçusu Neymar klubun bazasında reabilitasiya hazırlığı kursuna başlayıb.
Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keçən ilin oktyabrında braziliyalının ön çarpaz bağı zədələnib və dizindəki menisk cırılıb.
O, ərəb klubunun heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.