- Baxış sayı: 153
- 11 Mart 2026 20:40
- Baxış sayı: 406
- Mart 12, 2026
- 0

İtaliya polisi uzun müddətdir axtarışda olan Slovakiya vətəndaşını Milanda keçirilən qış olimpiya oyunları zamanı yaxalayıb.
Allsport.az xəbər verir ki, 2010-cu ildə törətdiyi silsilə oğurluqlara görə barəsində həbs qərarı olan 44 yaşlı şəxs ölkəyə xokkey üzrə Slovakiya – Finlandiya matçını izləmək üçün gəlib. O, Milanda qonaq evində qeydiyyatdan keçərkən polis tərəfindən müəyyən edilərək dərhal saxlanılıb.
Həmin qarşılaşmada Slovakiya yığması Finlandiya üzərində 4:1 hesablı qələbə qazanıb.