Ölkə çempionlarına yeni kubok

Peşəkar futbol liqası Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın yeni kuboku özəl tərtibatla hazırlanıb. Qənimətin hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır və gümüş örtüklə cilalanıb. Aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində premyer liqada iştirak edən hər bir komandanın öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.

Mükafatın üzərində Azərbaycan bayrağı təsvir olunub. Bu, bütün anların üçrəngli bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssüm ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.

Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.

Əvəzedicilər liqası, I liqa və II liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.

Yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb.

https://youtu.be/bnyle2-p8rw?si=PMTqEzal3LtaeSuJ

Həmin kateqoriyadan