- Baxış sayı: 29
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Bu gün ölkə kubokunun qalibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, finalda “Sabah” və “Zirə” qarşılaşıblar.
Oyunda hesabı “qartallar” açıb. 4-cü dəqiqədə Ərən Aydın erkən qol vurub. Amma “bayquşlar” ruhdan düşməyiblər, təzyiqi artıraraq 2-ci hissədə dönüş yaradıblar.
70-ci dəqiqədə meydana sonradan daxil olan Patrik Mbina hesabda tarazlıq yaradıb. 90+2-ci dəqiqədə qapıçı Stas Pokatilovdan əl ötürməsi alan Coy Lens Mikels təkbaşına uzun məsafə qət edərək uzaqdan baxımlı qələbə qolunu vurub.