“PSJ, “Arsenal” və “Bavariya” məni istəyirdi”

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsud Özil açıqlama verib.

Allsport.az xəbər verir ki, türk futbolçu “Real Madrid”ə transfer olunmazdan əvvəl “Verder Bremen”dən hansı kluba keçə biləcəyi haqda danışıb:

“2010-cu ildə PSJ, “Arsenal” və “Bavariya” da məni istəyirdi. Arsen Venger mənimlə şəxsən görüşdü, amma ona dedim ki, artıq “Real Madrid”i seçmişəm”.

Məsud Özil 2010-cu ilin avqustunda “Verder Bremen”dən “Real Madrid”ə keçib. Özil “kral klubu”nun heyətində 159 oyun keçirib, 27 qol vurub, 81 məhsuldar ötürmə edib. O, həmçinin “Şalke”, “Arsenal”, “Fənərbağça” və “Başakşəhər” klublarında da çıxış edib.

Həmin kateqoriyadan