- Baxış sayı: 26
- 25 Aprel 2025 12:23
- Baxış sayı: 43
- Aprel 25, 2025
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” dünən sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Görüş bizimkilərin üstünlüyü ilə yekunlaşıb – 2:1.
Beləliklə, Roman Qriqorçukun komandası hazırlıq çərçivəsində 2-ci qələbəsini qazanıb. Qış çalışmalarını qələbə ilə başa vuran “Qəbələ”, bu oyunadək Rumıniyanın “Qaz Metan” klubuna 1:0 hesabı ilə qalib gəlib, Qazaxıstan “Ordabası”sı ilə qolsuz heç-heçə edib və Albaniya “Partizani”sinə 1:2 hesabı ilə uduzub.