- Baxış sayı: 49
- 26 İyun 2026 22:40
- Baxış sayı: 49
- İyun 26, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Milan”ın hücumçusu və İspaniya millisindəki komanda yoldaşı Alvaro Morata haqda danışıb.
Allsport.az xəbər verir ki, son “Qızıl top”un sahibi Moratanın onun bu mükafatı qazanmayacağını dediyini açıqlayıb:
“Alvaro mənə həmişə deyirdi: “Sən axmaqsan. Sosial şəbəkələrdən istifadə etsəydin, “Qızıl top”u qazanardın”. Bu il mükafatı qazanan kimi ona yazdım: “Bax, “Qızıl top” mənim əlimdədir, sosial şəbəkələr yox!”
Rodri sosial şəbəkələrdən istifadə etmir.