- Baxış sayı: 49
- 12 May 2026 21:16
- Baxış sayı: 59
- May 12, 2026
- 0

“Real”ın hücumçusu Kilian Mbappe klubda oynamaqla bağlı hisslərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, fransalı futbotçu “qalaktikos”da çıxış etməsini Allahın lütfü kimi görür:
“Madriddə oynamaq mənim üçün Tanrının bir hədiyyəsi kimidir. Bu, ehtirasımı yaşamaq üçün bir şansdır: ən yaxşı matçlarda oynamaq, dünyanın ən böyük klubunda olmaq. Hər səhər meydana çıxıb məni xoşbəxt edən işi görə bildiyim üçün sonsuz minnətdaram”.