- Baxış sayı: 33
- 13 Aprel 2025 10:32
- Baxış sayı: 54
- Aprel 13, 2025
- 0
Bu günlərdə Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi keçirilib. Bu yarışda seçmə komandamız da mübarizə aparıb. Gərgin mübarizədə millimiz 6 medala yiyələnib. Yığmanın yeganə qızıl mükafatını 46 kq çəkidə Ruslan Rüstəmov qazanıb. Dünən istedadlı boksçu ilə görüşüb, onun qələbə təəssüratını öyrəndik.
– İlk dəfə belə mötəbər yarışa qatılmağınıza rəğmən, çıxışın uğurlu alındı. Deyərdim, həddən artıq uğurlu: qızıl medal tək sənin hesabınızda vardı.
– Bu yarışa yaxşı hazırlaşmışdım. Avropa birinciliyindən qabaq ölkə xaricində təlim-məşq toplanışı keçmişdik. Boks federasiyası bizə hər bir şərait yaradıb. Bunun müqabilində məsuliyyətimizi dərk edirdik.
– Avropa birinciliyinə getməmişdən öncə, orada yaxşı nəticə göstərəcəyini nə qədər əmin idin?
– Qalib gələcəyimə yetmiş faiz inanırdım.
– Nə vaxt hiss etdin ki, çempion olacaqsan?
– İlk döyüşdə erməni rəqibimə qarşı xüsusi hazırlaşmışdım. Əmim Qarabağ uğrunda savaşda Qubadlıda şəhid olub. Ona görə, düşmən boksçunü məğlub etmək eşqi ilə alışıb-yanırdım. Sevinirəm ki, sonda məqsədimə çatdım və həm də çempionluğa yol açdım. Düzdür, bundan sonrakı rəqiblərimlə də görüşlərim ağır oldu. Rusiyada yerli idmançını üstələmək hər adama nəsib olmur.
– Boksla nə vaxtdan məşğul olmağa başlamısıan?
– 10 yaşımdan «Rabitə» klubunda boksun sirlərini öyrənirəm. Şəxsi məşqçim İlham Əlimzanovdur.
– İlk uğura nə vaxt yetişdin?
– Ötən il Azərbaycan birinciliyinin qalibi odum. Sonra gücümü Krasnodarda keçirilən beynəlxalq yarışda sınadım. Orada da 1-ci yeri tutdum.
– Ruslan, hazırda 16 yaşın var. Yeni qələbə yəqin ki, sizi yeni zəfərlərə ruhlandırıb.
– Bəli, düz qeyd etdiniz. Bundan sonra başlıca hədəfim gənclərin Avropa və dünya birinciliklərində qızıl medal qazaqmaqdır. Ən böyük arzum isə, 2020-ci il Olimpiya oyunlarında iştirak edib, Vətəni layiqincə təmsil etməkdir