“Şəfa” 18 il sonra qayıtdı

“Şəfa” futbol klubu fəaliyyətini bərpa edib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi 18 illik fasilədən sonra yenidən fəaliyyət göstərəcək.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması kimi ölkə çempionatına qatılan, sonradan müstəqil klub kimi fəaliyyətə başlayan “Şəfa”nın əsası 1997-ci ildə qoyulub. Güclülər dəstəsində 8 mövsüm keçirən komanda 2001-ci ildə ölkə kubokunu qazanıb. Bakı klubu 2001/02 mövsümündə UEFA kubokunda debüt edib.

Klub 2005-ci ildə fəaliyyətini dayandırmışdı.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish