Santuş millinin heyətini açıqladı

Azərbaycan komandasının iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb. Portuqaliyalı mütəxəssis mayın 27-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

S.Ad/SoyadKlub
1Rza CəfərovNeftçi
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Aydın BayramovZirə
4Abbas HüseynovQarabağ
5Mert ÇelikSəbail
6Bəhlul MustafazadəQarabağ
7Bədavi HüseynovQarabağ
8Zamiq ƏliyevEqnatia (Albaniya)
9Rəhman DaşdəmirovSabah
10Elvin BədəlovSumqayıt
11Elvin CəfərquliyevQarabağ
12Cəlal HüseynovŞamaxı
13Səbuhi AbdullazadəSumqayıt
14Ceyhun NuriyevZirə
15İsmayıl İbrahimliZirə
16Rauf RüstəmliŞamaxı
17Şahin ŞahniyarovQəbələ
18Emin MahmudovNeftçi
19Anatoli NuriyevSabah
20Toral BayramovQarabağ
21Mahir EmreliNürnberq (Almaniya)
22Nəriman AxundzadəQarabağ
23Xəyal ƏliyevSabah
24Renat DadaşovRadomiak Radom (Polşa)
25Musa QurbanlıQarabağ

Həmin kateqoriyadan