- Baxış sayı: 37
- 26 İyun 2026 23:55
- Baxış sayı: 37
- İyun 26, 2026
- 0
Rusiya premyer liqasında 18-ci turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil komandasının qalib gəldiyi oyunda sonadək ehtiyatda qalıb.
“Dinamo” 18 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.