- Baxış sayı: 169
- 13 Aprel 2026 09:02
- Baxış sayı: 134
- Aprel 14, 2026
- 0

İspaniya paytaxtı Madriddə şahmat tacına iddiaçıların yarışında bu gün Teymur Rəcəbov növbəti qələbəsini qazanıb.
Allsport.az saytı xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla Dinq Lireni (Çin) 26-cı gedişdə təslim edib. Bu, onun turnirdə 2-ci qələbəsi olub. Hazırda həmyerlimizin 6 xal var. O, 4-cü yerdədir və qalib olma fürsətini qaçırıb.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarətdir. Şahmatçılar bir-biri ilə 2 dəfə (ağ və qara fiqurlarla) qarşılaşırlar. Turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.