Türkiyə çempionatı ilə bağlı mühüm qərar

Türkiyə super liqasında bu mövsüm aşağı liqaya düşən klub olmayacaq. Allsport.az xəbər verir ki, bu barədə federasiya qərar verib.

Yeni mövsüm çempionatda 21 komanda mübarizə aparacaq. 2020/21 mövsümünün sonunda super liqanı 4 klub tərk edəcək. 2021/22 mövsümündə isə çempionatda 20 komanda yarışacaq.

Bu qərardan sonra “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” çempionatda qalıb.

Bundan əlavə, federasiya əcnəbi limitini ləğv edib. Qərara əsasən, limit 2021/22 mövsümündən qüvvəyə minəcək.

Həmin kateqoriyadan