- Baxış sayı: 44
- 11 May 2025 20:17
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, DİN idman cəmiyyətinin fiziki hazırlıq üzrə baş inspektoru, polkovnik-leytenant Mehman Əzizov idman təşkili bölməsinin rəisi təyin edilib.
Allsport.az saytının məlumatına görə, o, uzun müddət cüdo üzrə kişilər arasında millidə böyük məşqçi işləyib. Bu gənc mütəxəssisin dövründə seçmə komandamız Rio-2016 yay olimpiya oyunlarında 2 gümüş medal qazanıb, dəfələrlə dünya və Avropa çempionatlarında yüksək əyarlı mükafatlara nail olub.
Mehman Əzizov 2023-cü ilin oktyabrında vəzifəsindən ayrılıb.
DİN-nin idman cəmiyyətinin rəisi cüdo yığmamızın sabiq baş məşqçisi Mövlud Mirəliyevdir.