Avropa ağırlıqqaldırma federasiyasının konqresində ölkəmizi Firdovsi Umudov təmsil edir

Avropa ağırlıqqaldırma federasiyasının konqresində ölkəmizi Firdovsi Umudov təmsil edir

Gürcüstanın Batumi şəhərində Avropa ağırlıqqaldırma federasiyasının növbəti konqresi keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AAF-nin vitse-prezidenti, BAF-ın “Məsləhət qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir.

Öncə AWF-in prezidenti Astrit Həsəni çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Sonra boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Həmyerlimiz konqresdə iştirakı çərçivəsində AWF-in prezidenti, baş katib Milan Mixayloviç, eləcə də Gürcüstan ağırlıqqaldırma federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan