- Baxış sayı: 67
- 13 Aprel 2026 11:07
- Baxış sayı: 40
- Aprel 17, 2026
- 0

Türkiyənin Muğla şəhərində kanoe və kayak üzrə “Bahar” kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, reqatada millimiz uğurlu çıxışı ilə yadda qalıb.
1-nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli 2 kateqoriyada gümüş medala sahib olub. O, həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə 2-ci yer tutub. 1-nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011 təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.
Beləliklə Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.