- Baxış sayı: 48
- 17 Aprel 2026 21:53
- Baxış sayı: 41
- Aprel 17, 2026
- 0

“Neftçi” premyer liqanın 28-ci turunda səfərdə “Zirə” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, meydan sahibləri yenilgidən son dəqiqələrdə qutulublar. Mətbuat konfransında “ağ-qaralar”ın məşqçi Vitali Vernidub bunu deyibi:
“Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini qaldırır. Həm taktiki, həm də fiziki güclü olan hər iki komanda intensiv, hücum futbolu göstərdilər. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı oyun oldu.
Bununla belə, üstünlük əsasən bizim tərəfimizdə idi, yalnız bəzi hallarda “Zirə” vəziyyəti bərabər səviyyəyə gətirə bilirdi. Məşqçilər heyətimizlə danışdım, onların da fikrincə, bizim üçün taktiki, fiziki, eyni zamanda, mənəvi baxımdan yaxşı oyun alındı. Futbolçularımız çox gözəl oyun nümayiş etdirdilər.
Hətta hesabda önə keçəndən sonra da tempi belə saxlaya bildilər. Onlardan əsas istəyimiz budur ki, həmişə belə – “Neftçi”yə layiqli şəkildə oynasınlar. Son dəqiqələrdə yaşananlara gəlincə, araşdırıb özümüz üçün nəticələr çıxaracağıq ki, bir daha vəziyyət bu yerə gəlib çıxmasın”.