- Baxış sayı: 68
- 16 Aprel 2026 20:13
- Baxış sayı: 40
- Aprel 17, 2026
- 0

Aprelin 17-də gənclər və idman naziri Fərid Qayıbov paytaxda keçirilən bədii gimnastika üzrə dünya kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus gimnastika federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.
Allsport.az saytı xəbər verir ki, söhbət zamanı tərəflər arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qonaqlardan qurumun baş katibi Alesiya Maçulskaya da iştirak edib.