Bu dəfə Nicat zirvəni ələ keçirdi

Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb.

Allsport.az saytı xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən Nicat Abbasov liderliyə yüksəlib. Aydın Süleymanlı ispaniyalı David Giharro ilə ilə heç-heçə edib.

Adı son çəkilən şahmatçımız 7 xalla 5-cidir. Hərəyə 7,5 xal toplayan Nicat və David 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan digər azərbaycanlı Məhəmməd Muradlı 12-ci pillədədir.

Həmin kateqoriyadan