- Baxış sayı: 47
- 26 İyul 2026 23:32
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçuların dünya kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Rövşən Xocayev reytinq xarakterli yarışda Sübhan Məmmədov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) fürsət verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev dünya kubokunda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.