DÇ-nin bürünc mükafatçısı vəfat edib

1978-ci il dünya çempionatında bürünc medal qazanan braziliyalı basketbolçu Oskar Şmidt 68 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, özünü pis hiss etdikdən sonra dünyasını dəyişib.

Ünlü idmançı ardıcıl 5 olimpiya oyunlarında (1980-1996) iştirak edib və 3 dəfə ən çox qol vuran oyunçu olub. 1991-ci ildə FİBA tərəfindən tarixin ən böyük 50 oyunçusundan biri seçilib. 2010-cu ildə o, ali qurumun Şöhrət zalına daxil edilib.

Həmin kateqoriyadan