“Neftçi”li yay” futbol düşərgəsi

“Neftçi”li yay” futbol düşərgəsi start götürüb. Allsport.az saytı xəbər verir ki, “ASAN könüllüləri” təşkilatının dəstəyi ilə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin aşılanması məqsədilə məktəblilər arasında təşkil olunan bu sosial layihə 3 qrupdan ibarət olacaq. 1-ci qrupda tədbir iyunun 19-dək, 2-ci qrupda ayın 20-dən 22-dək, 3-cü qrupda isə 24-dən 26-dək baş tutacaq.

İkinci dəfə keçirilən düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara “Neftçi” klubu tərəfindən sertifikatlar və hədiyyələr veriləcək.

Həmin kateqoriyadan