Millimizin Avroliqa üçün heyəti

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin qızıl Avropa liqası üçün yekun heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu heyətdə 14 voleybolçu yer alıb.

Komandamız turnirdə 5 hücumçu, 3 blokçu, 3 toppaylayıcı və 3 liberoya güvənəcək. Əsasən gənclərdən təşkil olunan komandamızın çalışdırıcısı Faiq Qarayevə məşqçilər Famil Ağayev, Emin Əbilov və Sinişa Popek kömək edəcəklər.

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova.

Həmin kateqoriyadan