Hummels ÇL tarixinə düşdü

“Borussiya”nın mərkəz müdafiəçisi Mats Hummels çempionlar liqasının yarımfinalında PSJ ilə cavab oyununda qol vurub.

Allsport.az xəbər verir ki, almaniyalı futbolçu 50-ci dəqiqədə künc zərbəsindən sonra baş zərbəsi ilə fərqlənib.

Hummels turnirin bu mərhələsində rəqibinə qol vuran tarixdə üçüncü ən yaşlı oyunçu olub. Mats bunu 35 yaş 143 gün olarkən edib. Yalnız Rayan Giggs (37 yaş 148 gün) və Edin Dzeko (37 yaş 54 gün) daha böyük yaşda bunu bacarıb.

Həmin kateqoriyadan